6 C
Baku
Sunday, December 15, 2024

Almaniya Ukraynaya əlavə silahlar verəcək

Ukrayna və Almaniya Kiyevə əlavə silahların tədarükü ilə bağlı razılığa gəliblər.

Bunu Ukraynanın Almaniyadakı səfiri Aleksiy Makeyev “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

Makeyevin sözlərinə görə, Ukraynaya hava hücumundan müdafiə sistemləri və haubitsalar lazımdır.

Səfir, həmçinin bildirib ki, Kiyev Berlinin dəfələrlə göndərməkdən imtina etdiyi “Leopard 2” tanklarının tədarükü ilə bağlı danışıqları davam etdirir.

Xatırladaq ki, oktyabrda Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi bildirib ki, hökumət ilin əvvəlində Ukraynaya 775 milyon avro dəyərində hərbi məhsulların tədarükü üçün icazə verib. Kiyevə verilən silahlar arasında özüyeriyən haubitsalar, “Mars” reaktiv raket sistemləri, özüyeriyən “Gepard” qurğuları, IRIS-T hava hücumundan müdafiə sistemi və “Dinqo” zirehli texnikası var.

Son xəbərlər
Digər xəbərlər