19 C
Baku
Tuesday, April 16, 2024

Almaniya Ukraynaya dəstək üçün əlavə 40 mln. avro ayırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya əlavə 40 milyon avro ayrılacağını açıqlayıb.

Onun sözlərinə görə, Kiyevin ehtiyacı olduğu müddətdə Almaniya Ukraynanı dəstəkləyəcək.

İlkin məlumatlara görə, vəsait Ukraynada minaların təmizlənməsinə, həmçinin generatorların genişləndirilməsinə sərf olunacaq.

Bundan əvvəl Estoniya, Polşa və Finlandiyanın xarici işlər nazirləri telefon danışıqları zamanı Ukraynaya yardımı, o cümlədən Rusiyanın dondurulmuş aktivlərinin bu məqsədlə istifadəsini müzakirə ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər