9 C
Baku
Thursday, December 12, 2024

Almaniya və Fransa səfirləri Türkiyə XİN-ə çağırılıb

İsveç və Finlandiya Türkiyənin təhlükəsizliyinə zərər gətirən fəaliyyətlərə son qoymalıdır. Lazım gələrsə, terrorla mübarizə ilə bağlı qanunlarına dəyişiklik etməlidirlər.

Banker.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 31-də Anadolu Agentliyinin ənənəvi “Redaktor masası”nın qonağı olarkən ifadə edib.

İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində Türkiyənin mövqeyinin dəyişməz olduğunu xatırladan naziri Mövlud Çavuşoğlu bildirib ki, terror təşkilatlarını müxtəlif formalarda dəstəkləyən tərəflə müttəfiqlik imkanı müükün deyil.

Nazir deyib ki, Almaniya və Fransada PKK terror təşkilatının fəaliyyəti ilə əlaqədar bu ölkələrin Türkiyədəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, rəsmi Ankara Türkiyəyə qarşı mübarizə aparan PKK, PYD/YPG, DHKP-C və FETÖ kimi terror təşkilatlarının bəzi Avropa, eləcə də NATO-ya üzv ölkələrdə, həmçinin Finlandiya və İsveçdə mövcudluğuna son qoyulmasını tələb edir. Hər iki ölkədən nümayəndə heyəti mayın 26-da Türkiyəyə səfər edərək, dövlət rəsmiləri ilə bu barədə müzakirələr aparıblar.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər