4 C
Baku
Friday, January 27, 2023

Almaniyada 2022-ci ildə rekord sayda bankomat partladılıb

Almaniyada 2022-ci ilin əvvəlindən cinayətkarlar nağd pul oğurlamaq üçün 450-yə yaxın bankomatı partladıblar.

Bu barədə məlumatı “Welt am Sonntag” qəzeti Münxendə keçirilən Almaniya Daxili İşlər Nazirləri Konfransının (IMK) iştirakçılarına istinadən yayıb.

Partlayışların sayı bu cür cinayətlərin qeydə alındığı bütün illərdə ən böyük olub: bir il əvvəl Almaniyada 381 bankomat, 2020-ci ildə isə 414 terminal partladılıb.

Konfrans iştirakçıları bu oğurluq üsulunun başqaları üçün təhlükəli olduğuna diqqət çəkirlər, çünki qurğular tez-tez magistral küçələrdə və yaşayış binalarında quraşdırılır. Almaniya Kriminal Polisi İttifaqının Şimali Reyn-Vestfaliyadakı quru bölməsinin sədri Oliver Hutun sözlərinə görə, partlayışlar nəticəsində piyadalar xəsarət alıb, bəzi hallarda isə detonasiyaya görə bankomatların yaxınlığındakı yaşayış yerləri yararsız hala düşüb.

Son xəbərlər
Digər xəbərlər
X