25 C
Baku
Saturday, July 27, 2024

Almaniyada inflyasiya 6.1%-dək yavaşlayıb

Almaniyada istehlak qiymətləri avqustda illik ifadədə 6.1% artıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Məlumatlar dünən, avqustun 30-da Federal Statistika İdarəsi dərc edib. Belə ki, qiymətlərin 6.2% artdığı iyul ayı ilə müqayisədə inflyasiya bir qədər səngiyib. Eyni zamanda “The Wall Street Journal”ın sorğusunda iştirak edən analitiklər inflyasiyanın bir qədər aşağı – 6% olacağını gözləyirdilər.

Enerji qiymətlərində artım bir ay əvvəlki 5.7%-ə qarşı 8.3% təşkil edərək sürətlənib. Ərzaq qiymətləri avqustda 9% artıb (iyulda 11%-ə qarşı). Hollandiyanın “ING” bankının Qlobal Makroiqtisadiyyat şöbəsinin rəhbəri Karsten Brzeskanın sözlərinə görə, Almaniyada inflyasiya ilin sonuna kimi 3%-ə düşə bilər.

Daha əvvəl bildirilmişdi ki, Almaniyada ötən il inflyasiyanın sıçrayışından sonra əmək haqları kifayət qədər əhəmiyyətli dərəcədə artıb – bu ilin ikinci rübündə onlar rekord 6.6% artıb.

Son xəbərlər
Digər xəbərlər