-1 C
Baku
Sunday, December 15, 2024

Almaniyada inflyasiya 9.2%-dək yavaşlayıb

Almaniyanın Aİ standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri, ölkənin Federal Statistika İdarəsinin (Destatis) yekun məlumatlarına əsasən, yanvar ayında illik müqayisədə 9.2% artıb.

Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.

İstehlak qiymətləri aylıq ifadədə 0.5% artıb ki, bu da ilkin məlumatlar və ekspertlərin gözləntiləri ilə üst-üstə düşüb.

Yanvarda Almaniyada ərzaq məhsulları əvvəlki illə müqayisədə 20.2%, geyim və ayaqqabı isə 2.8% bahalaşıb. Kommunal xidmətlər 8.9%, elektrik enerjisi isə 25.7% artıb.

Tibbi xidmətlər 2.9%, təhsil xidmətləri 3.6% nəqliyyat xidmətləri 7.5% bahalaşıb.

Ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri 7.2% artıb.

Son xəbərlər
Digər xəbərlər