Almaniyada “token sale” keçiriləcək – kriptovalyutaya investisiya yatırılacaq

0

Bir çox ölkələrdə kriptovalyutalara etibar etmirlər, Almaniya isə vaxt itirmədən “token sale” keçirmək niyyətini açıqlayıb.

Banker.az xəbər verir ki, ölkə tənzimləyicisi (BaFin) yerli “Fundament Group” blokçeyn-startapına “token sale” keçirilməyə icazə verib. Layihə 250 milyon avro cəlb etməyi planlayır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu vəsait Almaniyada beş ticarət obyektinin inşasına xərclənəcək. Obyektlər istismara verildikdən sonra token sahibləri 4-8% dividend alacaqlar. Qeyd edək ki, aktivin avro ilə ifadə olunması çox yaxşı bir göstəricidir.

Tokenlər “Ethreum”-da, ERC-20 standartı ilə buraxılacaq. İnvestisiya bankları “token sale” da iştirak etməyəcəklər. Bunun sayəsində əldə edilmiş bütün vəsaitlər gələcəkdə gəlirin əldə edilməsinə yönləndiriləcək.

Tokenləri investorlar ala biləcəklər, ümumi məbləğ və ya status məhdudiyyəti nəzərdə tutulmamışdır. Başqa sözlə desək, öz şəxsiyyətini təsdiq etmiş hər bir insan token ala biləcək. Ödənişlər bitkoin, Ethereum, dollar və avro ilə qəbul edilir.

Beləliklə, Almaniya kriptovalyutalara olan yumşaq mövqeyini bir daha təsdiq etmiş olub.