9 C
Baku
Thursday, December 12, 2024

Almaniyadan Azərbaycandakı əhaliyə pul köçürmələr 2 dəfə artıb

Almaniyadan Azərbaycanda yaşayan vətəndaşlara 2022-ci ildə 53 milyon 585 min ABŞ dolları həcmində pul transfer olub.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ildə Azərbaycana Almaniyadan daxil olmuş fiziki şəxslərin pul baratları 26 milyon 898 min dollar olmuşdu və bu da 2022-ci ildə 2 dəfə artması deməkdir.

Bununla belə, Azərbaycandan Almaniyadakı fiziki şəxslərə pul köçürmələri ötən il 22 milyon 282 min dollar olub. Bu öncəki ildə 21 milyon 383 min dollar idi.

Xatırladaq ki, 2022-ci ildə xaricdən Azərbaycan vətəndaşlarına ümumilikdə 3 milyard 620 milyon 117 min ABŞ dolları pul köçürülüb.

Son xəbərlər
Digər xəbərlər