10 C
Baku
Thursday, December 12, 2024

Almaniyanın çay istehsalçısı Rusiyadan gedir

Çay istehsalı üzrə ixtisaslaşan Almaniyanın “Laurens Spethmann Holding” şirkəti Rusiya bazarını tərk edib. Bildirilir ki, şirkət Rusiyanı tərk etməsi ilə bağlı məlumatı şərh etməyib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Milford” 1996-cı ildən, Moskvada nümayəndəliyi açıldıqdan sonra Rusiyadan fəaliyyətə başlayıb. 2015-ci ildən bəri şirkətin çay çeşidinin bir hissəsi Rusiyada istehsal olunub.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra bir çox şirkətlər ölkədə fəaliyyətini dayandırdığını və ya bazardan tamamilə çıxdığını bəyan edib. Yel Universitetinin məlumatına görə, ümumilikdə 1000-dən çox şirkət Rusiyadan gedib.

Son xəbərlər
Digər xəbərlər