Fevralın 1-dən etibarən Almaniyanın bütün hava limanlarında, o cümlədən “Austrian”, “Brussels Airlines”, “Condor”, “Eurowings”, “Lufthansa”, “SWISS” və “TUIfly” reyslərində “FFP2” respiratorlarını taxmaq məcburi olacaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, eyni qayda yanvarın 25-dən Avstriyanın hava limanlarında da tətbiq ediləcək. Bu barədə ölkənin kansleri Sebastyan Kurç ötən həftəsonu məlumat verib. Eyni zamanda, Avstriyada sərt karantin rejimi fevralın 7-dək uzadılıb.
Almaniyada koronavirus pandemiyası başlayandan təxminən 2 milyondan çox insan yoluxub, onlardan 47.7 min nəfər dünyasını dəyişib. Avstriyada isə 394.9 min nəfər yoluxub, 7.1 min nəfər dünyasını dəyişib.