28 C
Baku
Saturday, July 27, 2024

Almaniyanın Maliyyə Nazirliyi Rusiya Bankının aktivlərinə həbs qoyulmasını müzakirə edəcək

Almaniyanın maliyyə naziri Kristian Lindner “Le Mundo” qəzetinə müsahibəsində Rusiya Mərkəzi Bankının xarici aktivlərinin sanksiyalar altında saxlanılması ideyasının Avropa İttifaqı və G7 üzvləri tərəfindən nəzərdən keçirildiyini bildirib. Nazir əlavə edib ki, o, müzakirəyə “siyasi baxımdan açıqdır”.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Biz bunu artıq G7 və Aİ-də müzakirə edirik, təkliflər masadadır. Özəl sektorun aktivlərinə gəldikdə, qanuni olaraq nəyin mümkün olduğunu düşünməliyik. Biz qanunun aliliyinə hörmət etməliyik, hətta söhbət rus oliqarxlarından getsə belə”, – mesajda bildirilir.

Xatırladaq ki, mayın əvvəlində Aİ diplomatiyasının rəhbəri Josep Borrel Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi təklif etmişdi. Bu ideya Polşa tərəfindən fəal şəkildə dəstəklənir.

Son xəbərlər
Digər xəbərlər