Yəqin hər biriniz son zamanlarda internetdə böyük populyarlıq qazanmış bu aksiyanın video çarxını izləmisiniz. Bir çox məşhur insanların da bu layihəyə qoşularaq buzlu suyu üzərlərinə tökməsini bir çoxları böyük maraqla izləyib. Bəs nəyə görə bu aksiya bu qədər çox uğur qazandı və buradan hansı marketinq dərlərini çıxara bilərik?
Bu maraqlı layihə bütünlüklə ALS Association xeyriyyə təşkilatına məxsusdur və sosial şəbəkələrdə demək olar ki, əsl partlayışa səbəb oldu. Bu xeyriyyə aksiyası isə 29 iyuldan start götürüb.
Tək son həftə ərzində Twitter-də 176 000 insan bu məzmunda yazılar paylaşmışlar. Aksiyanın şərtləri çox sadədir: hər bir arzusunda olan şəxs bir vedrə buzlu suyu üzərindən tökərək bunu kamera ilə çəkir və daha sonradan sosial şəbəkədə yerləşdirir. Üstəlikdə bunu edən şəxs növbəti bir şəxsi buna dəvət etməlidir. Dəvət edilən şəxs isə 24 saat ərzində bu hərəkəti yerinə yetirməlidir. Bunu etməkdən boyun qaçıran şəxs isə ALS Association xeyriyyə fonduna 100 dollar yatırmalıdır. Aksiyanın böyük populyarlıq qazanması üçün hər bir iştirakçı estafeti digər üç insana ötürməlidir.
Qeyd edək ki, bu aksiya Mark Tsugerberq, Bill Gates və Ceff Bezos kimi məşhur insanların diqqətini çəkməyi bacarıb. Bununla yanaşı, bu maraqlı aksiyada iştirak edən məşhr insanların sayı günbəgün artır. Geniş miqyaslı kampaniya cəmi iki həftə ərzində 4 milyon dollar vəsait əldə etməyə kömək edib.
Bəs bu aksiyadan hansı marketinq “dərslərini” çıxara bilərik:
1) İlk dərs ideyaya aiddir. Aksiyanın xeyirxah məqsədi, yəni Şarko, yaxud Lu Geriqa kimi məşhr xəstəlikdən əziyyət çəkən insanlara yardım toplamaqdır. Təcrübələrə əsasən auditoriyanın emosionallığına yönəldilmiş istənilən marketinq kampaniyası sonda böyük uğurla nəticələnir.
2) Nə qədər sadə, bir o qədər yaxşı.
Buzlu su sınağından keçmək elə də çətin məsələ deyil. Xeyriyyə aksiyasında iştirak etmək sizdən elə də çox şey tələb etmir. Üstəlikdə aksiyada iştirak etmək sizdən elə də çox vəsait tələb etmir.
3) Əylənmək və həzz almaq.
İnsanlar əylənməyi və zamanlarını xoş keçirməyi sevirlər. Buzlu su sınağından keçmək isə əhvalı qaldırmaq üçün ən yaxşı vasitələrdən biridir.
4) Tərəfdaşlar – istənilən marketinq aksiyasına təkanverici qüvvədir. Aksiyanı bəyənərək və böyük sevinclə burada iştirak edən insanlar özləri bilmədən belə geniş miqyaslı marketinq gedişinin mərkəzində yer alırlar.
http://www.youtube.com/watch?v=3PGXaAOZ0IQ&width=810&height=480