-3 C
Baku
Sunday, December 15, 2024

Altı ayda Azərbaycana turist axını 44 % artıb

Cari ilin 6 ayı ərzində Azərbaycana 920 minədək turist gəlib. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 44 faiz çoxdur.

Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, gələn turistlərin sıralamasında birinci yerdə ənənəvi olaraq qonşu ölkə – Rusiyadan, ikinci yerdə isə Türkiyədən gələn qonaqlarımızdır, üçüncü yerdə iyun ayının yekunlarına əsasən Hindistandır. Sıralamanı İran, Gürcüstan, Özbəkistan, Pakistan, Böyük Britaniya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlər davam etdirir.

Qeyd edək ki, ölkəmizə gələnlərin 32.9 faizi Rusiya, 19.2 faizi Türkiyə, 7.7 faizi İran, 5.2 faizi Hindistan, 4.9 faizi Gürcüstan, 2.4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2.3 faiz olmaqla Pakistan və Qazaxıstan, 2.1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.8 faizi Özbəkistan, hər birindən 1.5 faizi olmaqla Belarus və Ukrayna, 1.3 faizi Küveyt, hər birindən 1.2 faizi olmaqla Böyük Britaniya və Türkmənistan, 12.5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72.2 faizi kişilər, 27.8 faizi qadınlar təşkil edib.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1.9 dəfə artaraq 385.8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40 faiz artaraq 46.7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8.9 faiz azalaraq 134.2 min nəfər olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər