8 C
Baku
Friday, March 29, 2024

“Amazon” Hollivudun “MGM” kinostudiyasını 8.45 mlrd. dollara alıb

İnternet-reteyler “Amazon” Hollivudun ən qədim kinostudiyalarından biri olan “Metro-Goldwyn-Mayer”in (MGM) alışını başa çatdırıb. “Bloomberg”in verdiyi məlumata görə, müqavilənin dəyəri 8.45 milyard dollar təşkil edib.

“MGM” şirkəti 1924-cü ildə yaradılıb. Onun simvolu nərilti edən aslandır.

Bu alışdan sonra “Amazon Prime Video” axın xidməti ən zəngin filmlər, televiziya şouları və seriallar kitabxanasını alacaq. Studiya Ceyms Bond haqqında filmlər, eləcə də “Quzuların sükutu”, “Kosmos odisseyi 2001”, “Möhtəşəm yeddilik” və s. əsərlər buraxıb. Ümumilikdə, “MGM”də 4000-dən çox film və 17 000-dən çox serial var.

Bundan əvvəl Amazon əməkdaşları Hollivud məşhurlarına casusluq edərkən yaxalanıb. Məlum olub ki, adi işçilər məlum istifadəçilərin hesablarına daxil ola bilib. Məsələn, onlar Kanye Uest və “Qisasçılar” superqəhrəman franşizasının aktyorlarının satınalmalarını izləyiblər.

Son xəbərlər
Digər xəbərlər