17 C
Baku
Thursday, May 2, 2024

“Amazon” kosmik startaplara dəstək proqramını işə salıb

“Amazon” İngiltərənin “Seraphim Capital” vençur firması ilə birgə AWS Space Accelerator – kosmik startaplara dəstək proqramını işə salacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Proqramda iştirak etmək üçün 10 şirkət seçiləcək, startaplar 100 min dollara qədər maliyyə alacaq. Vəsaitlər “Amazon”un bulud xidmətinin imkanlarından istifadəyə xərclənəcək.

Qeyd edək ki, proqrama qatılmaq üçün müraciət qəbulu 30 martda açılıb və 21 aprelə qədər davam edəcək. Proqram çərçivəsində startapçılar “AWS ilə böyük təcrübəsi olan” mütəxəssislərdən təcrübə qazanmaq imkanını alacaqlar.

Xatırladaq ki, “Amazon Web Services” 2020-ci ilin iyun ayının sonunda kosmos sahəsində bulud texnologiyalarına dəstək olmaq üçün xüsusi şöbə yaratmışdır – “Aerospace and Satellite Solutions”.

2021-ci ildə vəzifəsini tərk edəcək “Amazon”un qurucusu Ceff Bezos “Blue Origin” kosmos şirkətinə rəhbərlik edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər