Onlayn alış-verişə tələb artmaqdadır və bir çoxumuz bu üsulu çox sevirik. Bununla əlaqədar olaraq, internet-mağazaların yükü də artır.
Banker.az xəbər verir ki, “The Seattle Times” qəzeti “Amazon”nun ABŞ və Kanadanın bəzi şəhərlərində əlavə 100 min işçi götürəcək. Qeyd edildiyi kimi, işçilərin ilkin əmək haqqı saatda 15 dollar (ABŞ-da orta əmək haqqı saatda 25 dollar təşkil edir) olacaq, ən yaxşı əməkdaşlara isə 1000 dollaradək bonus veriləcək. Şirkətin beynəlxalq əməliyyatlar üzrə baş vitse-prezidenti Deyv Klark bildirib: “Yalnız bu ay emal, çeşidləmə və çatdırılma mərkəzləri üçün 100 yeni bina açırıq”. 2010-cu ildən bu yana “Amazon” ABŞ-da 600 mindən çox iş yeri yaradıb və 40-dan çox ştata 350 milyard dollardan çox sərmayə qoyub.
Bundan əlavə, Amerika şirkəti ilin sonuna qədər İngiltərədə 7 min daimi iş yeri yaradacağını və bunun sayəsində ölkənin ümumi işçi qüvvəsini 40 mindən çox artıracağını bildirib.
“Amazon”nun sahibi və təsisçisi Ceff Bezos artıq üçüncü dəfədir ki, dünyanın ən zəngin insanları siyahısında daxil olur. Dərc olunan reytinqdə Bezosun sərvəti 179 milyard dollar dəyərində qiymətləndirilib.