27 C
Baku
Saturday, July 27, 2024

“Amazon” polis əməkdaşlarına üz tanıma texnologiyasından istifadə etməyi qadağan etdi

Amerikanın “Amazon” şirkəti hüquq-mühafizə orqanlarına özünün buraxdığı üz tanıma texnologiyasından istifadə etməyi qadağan edib.

Banker.az xəbər verir ki,bu barədə BBC məlumat verib.

Bu qərar afro-amerikalı Corc Floydun öldürülməsi ilə bağlı kütləvi etirazlar fonunda qəbul edilib. Hadisədən sonra hüquq mühafizəçiləri bu cür texnologiyalarda ola biləcək irqçi qərəzdən narahat olduqlarını ifadə ediblər.

“Biz hökumətlərin üz tanıma texnologiyasından etik istifadəsini tənzimləyən sərt qaydaların tətbiq edilməsinin tərəfdarıyıq. Konqres (ABŞ) bu çağırışı təsdiq etməyə hazırdır”, – mesajda deyilir.

Bununla yanaşı, “Amazon” rəhbərliyi bu qadağanın itkin düşmüş uşaqları axtaran və insan ticarəti ilə mübarizə aparan təşkilatlara şamil edilməyəcəyini vurğulayır.

Xatırladaq ki, iyunun 9-da IBM şirkəti üz tanıma proqramını inkişaf etdirməyəcəyini və satışa çıxarmayacağını etiraf etmişdir.

Son xəbərlər
Digər xəbərlər