3 C
Baku
Saturday, December 14, 2024

Bank rəhbərindən siqnal: “Banklar maliyyə texnologiyalarından qorxur”

Amazon” və “Google” korporasiyaları 2018-ci ildə kommersiya banklarına rəqib olacaq. “Rambler News Service”ə istinadən, bu açıqlamanı “Sberbank”ın rəhbəri German Qref Londonda keçirilən İnvestorlar Günündə verib.

“Meydanda yeni oyunçular yaranıb. Bu, maliyyə texnologiyalarıdır. Banklar maliyyə texnologiyalarından qorxur. Buna görə də böyük sürətlə onları almağa başlayıb”, – deyə G.Qref əlavə edib. “Sberbank” rəhbərinin fikrincə, maliyyə texnologiyaları yaxın gələcəkdə banklara ciddi rəqib olacaq. Buna səbəb, texnologiya şirkətlərinin maliyyə platformalarını işə salması olacaq.

“Amazon” və “Google” kimi nəhənglərin “Amazon Finance” və “Google Finance” kimi şirkət yaratmasına az qalıb. Bildirim ki, bu hadisə 2018-də baş verəcək. O zaman banklar həqiqi rəqiblərinin gəlişini hiss edəcək”,- deyə G.Qref qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər