BOKT “Embafinans” QSC və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.
Mərkəzi Bankın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə BOKT “Embafinans” QSC 20 000 manat, onun vəzifəli şəxsi isə 4 000 manat məbləğində cərimə edilib.







