11 C
Baku
Wednesday, December 11, 2024

AMB: “FinCERT” bu il yaradılacaq

Azərbaycanda maliyyə bazarları üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin (“FinCERT”) bu il yaradılması nəzərdə tutulur.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Xatırladaq ki, bu məsələ ilə bağlı ötən il oktyabrın 26-da AMB və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında Anlaşma Memorandumu imzalanıb.

“Kibertəhlükəsizlik təhdidlərinin qarşısının alınması, eyni zamanda bu sahədə maliyyə institutları və digər dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə maliyyə bazarları üçün sahəvi “CERT”in yaradılması, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq “CERT”lərlə əməkdaşlıq münasibətlərinin formalaşdırılması, həmçinin maliyyə institutları tərəfindən müvafiq insidentlərin təqdim edilməsi ilə bağlı hüquqi əsasların hazırlanması nəzərdə tutulub. “FinCERT”in yaradılmasında başlıca məqsəd kibertəhlükəsizlik sahəsində nəzarət subyektlərinin fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir”, – deyə açıqlamada qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər