15 C
Baku
Friday, March 29, 2024

AMB kredit ittifaqlarının sayının azalmasını şərh edib

“Azərbaycanda kredit ittifaqlarının sayının azalması ilk növbədə onların Mərkəzi Bankın müəyyən etdiyi qaydaların tələblərinə riayət etməməsi ilə bağlıdır”.

Bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev bildirib.

“Eyni zamanda bəzi kredit ittifaqları özləri könüllü şəkildə lisenziyanın ləğv edilməsi ilə bağlı bizə müraciət edirlər”, – deyə o, qeyd edib.

Xatırladaq ki, bu il Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv olunub. Bunlar Bərdədə yaradılmış “Nuranə” və Gəncədə yaradılmış “Qoşqar” kredit ittifaqlarıdır. Hazırda ölkədə 41 kredit ittifaqı fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər