6 C
Baku
Sunday, December 15, 2024

AMB manatın gücləndiyini deyir

2021-ci ilin I rübü ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, manatın məzənnəsi avroya, isveçrə frankına, yapon yeninə, türk lirəsinə, rus rubluna və gürcü larisinə qarşı yüksəlib. Manat bu dövrdə ukrayna qrivnasına və funt sterlinqə qarşı ucuzlaşmışdır.

AMB-dən bildirilir ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.

Ümumilikdə, rüb ərzində manatın qeyri- neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 0.3%, real effektiv məzənnəsi isə 1.8% bahalaşmışdır. Azərbaycandakı inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir göstərmişdir.

Qeyd edilir ki, 2014-cü ilin sonu ilə müqayisədə REM – real effektiv məzənnə 29.7% ucuzlaşmışdır ki, bu da qeyri neft-qaz sektorunun uzunmüddətli rəqabət qabiliyyətinə müsbət təsir göstərən amillərdəndir.

 

Son xəbərlər
Digər xəbərlər