15 C
Baku
Friday, April 26, 2024

AMB-nin İdarə Heyətinin bugünkü qərarı bazara ciddi “siqnal” ola bilər

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə bu gün (oktyabrın 25-i) qərarı məlum olacaq.

Banker.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bankın İH bununla bağlı həmçinin press-konfransı keçiriləcək.

Cari ilin geridə qoyduğumuz ayları ərzində Mərkəzi Bankın İdarə Heyəti keçirdiyi hamısında iclaslarında faizlərin endirilməsinə gedib. İl ərzində bir iclasda uçot dərəcəsi 0,50 bənd, növbəti 5 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşmüşdür.

Bildiyimiz kimi ölkədə inflyasiya gözləntilərinin həddi gələn il üçün 4,5% ətrafında daha real ola bilər.

İqtisadi artımın davam etdiyini, inflyasiyanın Mərkəzi Bankın hədəfi (4±2%) çərçivəsində olduğunu, xarici sektorda müsbət meyillərin davam etdiyini, beynəlxalq konyunkturun Azərbaycan üçün əlverişli olaraq qaldığını, neftin qiymətinin 60 dollardan yüksək olduğunu nəzərə alsaq uçot dərəcəsinin endirilməsi davam etdirilə bilər.

Mərkəzi Bank da inflyasiya nəzarət edir və bu rəqəmləri öz müşahidələri altında saxlayır. Cari ildə olan inflyasiya rəqəmlərinin bir o qədər də böyük deyil. Maliyyəçi-bankir Elman Sadıqov deyir ki, bu vəziyyəti nəzərə alaraq AMB faiz dəhlizinə dair açıqlamasında hər hansı dəyişiklik müşahidə edilməyə bilər.

Amma maliyyəçi onu da deyir ki, ölkədə real sektorun kreditləşməsi, faiz dərəcələrinin endirilməsi də prioritetdir. Hal-hazırda uçot dərəcəsinin də 8% ətrafında olduğu üçün real sektorun kreditləşməsi, faiz dərəcələrinin  nisbətən azaldılması səbəbindən 0,25% endirə bilər: “Əgər Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25% endirsə bu o qədər də mənfi təsir göstərməz – həm ölkədəki inflyasiya şəraitinə, həm  də makroiqtisadi baxımdan. Böyük ehtimalla AMB uçot dərəcəsini 0,25% endirməli olacaq”.

Maliyyəçi bunun əksi olaraq AMB uçot faiz dərəcəsini  ilə bağlı gözləmə mövqeyi tutarsa, burada çox ciddi bir siqnal olduğunu və ölkədə inflyasiya təzyiqinin olmasının göstərici olmasını deyir.

“Əgər inflyasiya təzyiqi güclənməkdədirsə AMB faiz dərəcəsini endirməyəcək”, – deyə Elman Sadıqov deyir.

Yeri gəlmişkən Azərbaycanda hazırda biznes kreditləri 19-21% arasında dəyişir.

Palatanın bu günkü açıqlamasına görə isə milli valyutada istehlak kreditlərindən, orta faiz dərəcəsi Kredit kartı vasitəsi ilə verilən kreditlər üzrə 23%, Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 22%, avtomobil kreditləri üzrə 20%, Digər istehlak kreditləri üzrə 24% təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər