2 C
Baku
Saturday, December 14, 2024

AMB-nin sədri: Bu il ölkədə CƏB profisiti $9-10 mlrd. olacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenari əsaslı proqnozlarına görə, bu il ölkədə cari əməliyyatlar balansının (CƏB) profisiti 9-10 milyard ABŞ dolları olacaq.

Bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“2024-cü ildə CƏB-in profisitinin 7.5-8.5 milyard ABŞ dolları, 2025-ci ildə isə 7 milyard ABŞ dolları olacağı gözlənilir”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında CƏB-də 5 milyard 154,6 milyon ABŞ dolları profisit yaranıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və yaxud 50.1% azdır.

Bu göstərici xarici ticarət balansındakı 7 milyard 488,9 milyon ABŞ dollarlıq profisit (42.5% az), xidmətlər balansındakı 1 milyard 113,8 milyon ABŞ dollarlıq kəsir (16.4% az), ilkin gəlirləri balansındakı 1 milyard 817,6 milyon ABŞ dollarlıq kəsir (31.5% az) və təkrar gəlirlər balansındakı 597,1 milyon ABŞ dollarlıq profisit (2.2 dəfə az) hesabına formalaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər