Azərbaycan Mərkəzi Bankı ötən dövr ərzində Azərbaycan Beynəlxalq Bankına (ABB) satılmış ABŞ dollarının növbəti aylarda bazardakı yaranmış mühitə görə həmin məbləğin bərpa ediləcəyini bildirib.
Bu barədə Banker.az AMB-nin açıqlamasına istinad edir.
“İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır”- deyə, açıqlamada deyilir.
30.06.2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7 milyard 371.9 milyon dollar təşkil edib.
Bununla da son bir ayda 141 milyon dollar, yaxud 1.95%, son bir ildə isə 917 milyon, yaxud 14.2% artmış olub.