“Maliyyə sektoru kifayət qədər dayanıqlıdır. Burada yalnız kiçik təşkilatların birləşməsi və yaxud könüllü ləğvi ola bilər”.
Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
“Birləşmə zamanı AMB onlardan strategiyanı soruşur. Hazırda banklarda birləşmə ilə bağlı məsələ yoxdur. Bu, daha çox sığorta şirkətlərinə aiddir. Onların bəzilərində könüllü birləşmə və yaxud ləğvetmə ilə bağlı müzakirələr ola bilsin ki, gedir. Çünki biz onlardan strategiya tələb edirik. Amma dayanıqlıq baxımından, biz nə bank sektorunda, nə də sığorta sektorunda problemli təşkilat görmürük. İnvestisiya şirkətləri çox balaca olsa da, onlarda da elə bir problem yoxdur” – Taleh Kazımov əlavə edib.