10 C
Baku
Friday, December 13, 2024

AMB pul köçürmələrinə mənfi təsir göstərən əsas amilləri açıqladı

2016-cı ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ilkin rəqəmlərə əsasən 2016-cı ildə ölkəyə daxil olan pul baratları 774 mln. ABŞ dolları təşkil edib. Bu, 2015-ci ildəki göstərici ilə müqayisədə 409 mln. ABŞ dolları və ya 34,57% azalma deməkdir.

2014-cü il ilə müqayisədə 2016-cı ildə ölkəyə pul köçürmələrində 935 mln. ABŞ dolları və ya 54,71% azalma qeydə alınıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər