5 C
Baku
Wednesday, February 28, 2024

AMB sədri: “Cari əməliyyatlar balansı sıfıra yaxınlaşdırılıb”

Azərbaycanın tədiyyə balansında cari əməliyyatlar balansı tarazlığa çox yaxındır, balans sıfıra yaxınlaşdırılıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.

“Kapital əməliyyatları balansında isə problemlər var. Buna da səbəb çoxdan toplanmış borclardır. Azərbaycan Beynəlxalq Bankının xarici borclanması var ki, onu verməliyik. Bir sözlə, səbəb köhnədən qalmış borc problemidir. Hazırda tədiyyə balansının yeni neft qiymətlərinə uyğunlaşdığını demək çətindir”, – deyə E.Rüstəmov qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər