9 C
Baku
Friday, December 27, 2024

AMB sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydanı təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı ölkədə sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydanı təsiqləyib.

Banker.az xəbər verir ki, bununla bağlı qaydanı 25 oktyabr 2023-cü il tarixdə AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov imzalayıb.

Qayda sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsini və məcmu kapitalının hesablanması qaydalarını müəyyən edir.

Qaydada bir sıra vacib məqamları nəzərinizə çatdırmaq istərdik.

Belə ki, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – 100%;
  • Azərbaycan Respublikasının kredit reytinqindən maksimum 5 pillə aşağı olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%
  • Daşınmaz əmlakın balans dəyəri – 70%
  • minimum 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%
  • dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – 100%
  • İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – 100%
  • ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%
  • ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%
  • ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 80%
  • ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%
  • ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 20%
  • Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı – 100%

Daha ətraflı sənəddən tanış ola bilərsiniz:
51_1-“Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”nın təsdiq edilməsi barədə

 

Son xəbərlər
Digər xəbərlər