Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra da uçot dərəcəsini makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya üzrə meylləri, habelə maliyyə bazarlarında gedən prosesləri nəzərə alınmaqla müəyyənləşdirəcək. Bunu sorğuya cavab olaraq AMB-dən bildiriblər.
“İnflyasiyanın azalması və onun yenidən yüksəlməsi riskləri səngidiyi halda uçot dərəcəsinin azaldılması məsələsinə baxıla bilər”, – deyə cavabda vurğulanır.
Qeyd edək ki, hazırda AMB-nin uçot dərəcəsi 15% səviyyəsindədir.
APA