Avropa Mərkəzi bankı (AMB) aşağı dərəcəli faiz dərəcəsini hələ uzun müddət saxlamaq niyyətindədir.
Banker.az xəbər verir ki, bunu AMB-nın rəhbəri Mario Dragi öz bəyanatında qeyd edib.
Bəyanatda deyilir ki, 60 milyard avro həcmində kəmiyyət asanlaşması proqramı 2017-ci ilin sonuna qədər qüvvədə olacaq.
Bununla yanaşı, bu lazım gəldikdə, 2% həcmində hədəf inflyasiya göstəricisinə çatmaq üçün uzadıla da bilər.
Həmçinin qeyd olunur ki, AMB-nın proqnozlarına əsasən, 2017-ci ildə avrozonada inflyasiya səviyyəsi 1,5% təşkil edəcək, 2018-ci ildə 1,2%-ə qədər enəcək, 2019-cu ildə isə yenidən 1,5% olacaq.