1 C
Baku
Saturday, December 14, 2024

“AMD” bazar dəyərinə görə “Intel “i ötüb

ABŞ-ın mikroçip istehsalçısı “Advanced Micro Devices” (AMD) bazar kapitallaşması baxımından rəqibi “Intel”i ötüb. Bu fakt kompüterlər və serverlər üçün mikroçiplər bazarında rəqabətin artdığını göstərir.
Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.
İyulun 29-da keçirilən hərracda “AMD”nin səhmlərinin dəyəri 5.05% artıb, “Intel”in səhmləri isə demək olar ki, 9% ucuzlaşıb. Nəticədə, “AMD”nin bazar kapitallaşması 153 milyard dollara yüksəlib, “Intel”in isə 148 milyard dollara qədər azalıb.
Mütəxəssislərin fikrincə, bu cür yerdəyişmə simvolik xarakter daşıyır. Şirkət maliyyə hesabatlarını dərc etdikdən sonra “Intel”in səhmləri düşüb: istehsalçı onilliklər ərzində ilk dəfə olaraq rüblük zərər alıb. Qeyd edək ki, “AMD” 2022-ci ilin birinci rübünü rekord gəlirlə başa vurub.
Son xəbərlər
Digər xəbərlər