Alimlər uzun müddətdir ki, qlobal istiləşmə və onun dünya əhalisi üçün yaratdığı fəsadlardan danışırlar. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi şəhərlər bu fenomenə xüsusilə həssasdırlar, çünki dəniz səviyyəsi qalxır və sahildə yerləşən tikililər infrastrukturu məhv edən və insanları öldürən daşqınların qurbanı ola bilər.
Amerikanın 2100-cü ilədək yox ola biləcək 8 şəhəri:
Yeni Orlean, Luiziana ştatı
Bu şəhər Şəhər çayın deltasında yerləşir və bu da onu daşqına həssas edir. Şəhərin bəzi əraziləri dəniz səviyyəsindən aşağıdır.
Qeyd edək ki, Yeni Orlean ərazisinin böyük hissəsi artıq suyun altındadır.
Mayami, Florida ştatı
Dəniz səviyyəsi sürətlə yüksəlir, buna görə şəhərdəki bir çox ev və yol su altında qalır.
“Union of Concerned Scientists” ekspertlərinin apardığı araşdırmaya görə, yaxın 30 il ərzində Mayamidəki 12 minə yaxın ev daşqın altında qalmaq riski ilə üzləşəcəkdir.
Hyuston, Texas ştatı
Yeni Orlean ilə olduğu kimi, Hyuston da su altında qalmaq təhlükəsindədir – şəhər hər il 5 sm dərinliyə gedir.
Atlantik-Siti, Nyu-Cersi ştatı
Atlantik-Siti daha əvvəl də bir neçə dəfə su altında qalıb. Xatırladaq ki, 2012-ci ildə “Sendi” qasırğası zamanı şəhərin 70%-dən 80%-dək ərazisi su altında qalmışdır. Alimlərin fikrincə, Atlantik-Siti Amerikanın basqınlara qarşı ən həssas şəhəridir.
Nyu-York
Xüsusilə, Nyu-Yorkun rayonlarından biri olan Queens böyük təhlükə altındadır. Alimlərin verdiyi məlumata görə, 2 700 ev və 7 200 insanın daşqın altında qalmağı riski var.
Əgər bu baş versə, ümumilikdə dəyəri 1,2 milyard dollar olan əmlak məhv olacaq.
Çarlston, Cənubi Karolina ştatı
Çarlston şəhəri Atlantik-Siti ilə müqayisədə daha həssasdır. Təxminən 64 minə yaxın insanın daşqın altında qalması təhlükəsi var.
Boston, Massaçuseç ştatı
Boston 2100-cü ilə qədər tamamilə su altında qalmasa da, bu günkü görünüşünü itirəcəkdir.
2016-cı ildə aparılan araşdırmaya görə, Bostondakı hər altı evdən biri 2100-cü ilə qədər su altında qalacaq.
Virciniya-Biç, Virciniya ştatı
Virciniya-Biç Çesapik və Atlantik okeanın kəsişməsində yerləşir. Dəniz səviyyəsi qalxdıqca, hər iki su obyektin şəhərləri daşqın altında qalacaq.