6 C
Baku
Sunday, December 15, 2024

Amerikanın fond bazarı rekord dərəcədə aşağı düşdü

Dünyada yayılan yeni koronavirusun narahatlıqları fonunda Nyu-York birjasında ticarət sessiyasının yekununda əsas indekslər təxminən 12-13% dəyər itirib.

“TASS” xəbər verir ki, bu, 1987-ci ilin oktyabr ayından bəri baş verən ən böyük kəskin enmədir.

“Dow Jones” sənaye indeksi 2 997,10 bənd (12,93%) azalaraq 20 188,52 bənd səviyyəsində dayanıb. ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 324,89 bənd itirib (11,98%) və 2 386,13 bənd səviyyəsində qalıb.

“Nasdaq” elektron birja indeksi isə 970,28 bənd (12,32%) azalaraq 904,59 bəndədək enib.

Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 9,71% (3,08 ABŞ dolları) azalaraq 28,65 ABŞ dolları təşkil edib.

© Report

Son xəbərlər
Digər xəbərlər