O hər şeyə çapçının köməkçisi ilə başlayıb, Amerikanın ilk milyonçusu kimi bitirmişdir və belə desək “özü özünü yaratmışdı.
Burada söhbət Benjamin Franklindən gedir. O uşaq ikən çox kobud idi və dava etməyi sevirdi. Lakin bir dəfə o dərf edir ki, onun bu davranışları insanlarda inkar və düşmənçilik hissləri formalaşdırır. Bundan sonra o tamamilə dəyişmək və başqa bir insan olmağı qərara alır.
O ilk iş olaraq hər bir ideal insanın sahib olmalı olduğu 12 xeyirxahlıq qaydasının əks olunduğu siyahı yaradır. Bundan sonra isə bu qaydaları öz üzərində tətbiq etməyə başlayır. Zamanla o hər yeni bir həftədə yeni bir müsbət keyfiyyət əldə edirdi. O lazımi vərdişləri əldə etdikdən sonra onların hər birini əvvəl 2, sonra 3, daha sonra isə 1 ay ərzində sınaqdan keçirir.
Zamanla o dövrünün ən məşhur dövlət xadimlərindən birinə çevrilir. Hərbi fəaliyyətlər zamanı o ABŞ-ın Parisdəki nümayəndəsi vəzifəsini daşıyırdı. Onun ABŞ konstitusiyasının qəbul edilməsindəki rolunu isə qiymətləndirmək çətindir. Özündə ideal insan xarakterini formalaşdıran bu şəxs özündən sonra tarixdə böyük iz qoymağı bacarmışdı.