7 C
Baku
Thursday, December 12, 2024

“Amrahbank” aktivlərini 25,57 mln. manat böyüdüb

Azərbaycanda yeganə Ərəb kapitallı bank olan “Amrahbank” ASC-nin cəmi aktivləri 2018-ci il ərzində 13%-ə qədər böyüməklə 230 mln. 330 min manat həcmində olub.

Banker.az xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyətin 2018-ci il üzrə açıqladığı maliyyə hesabatında deyilir.

Bildirək ki, 2018-ci ilin əvvəlində Bankın cəmi aktivləri 204 mln. 770 min manat həmində idi.

Qrafikdə göründüyü kimi, Bankın kredit portfeli  hazırda aktivlərdə mühüm pay çəkisinə təşkil etməkdədir. İlin əvvəli ilə müqayisədə kredit portfeli ilin sonuna 18% artımla 111 mln. 862 min manat olub.

werwerewBankın cəmi öhdəlikləri 2018-ci ilin sonuna 203 mln. 929 min manata qədər artıb. Bu da illik 28% artımın olması deməkdir.

wfref“Amrahbank”ın geridə qoyduğumuz ilin 4 rübü ərzində 8 mln. 709 min manatlıq faiz gəliri, 11 mln. 304 min manat faiz xərci olub. Bankın mənfəət/zərərlə bağlı nəticəsi bu il də ötən ilki kimi yaxşı olmayıb.

Belə ki, bank 2018-ci il üzrə zərəri 12 mln. 553 min manat olub.

Son xəbərlər
Digər xəbərlər