“Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi “Anadolujet” martın 29-dan 16 xarici ölkəyə, 28 istiqamətdə uçuşlara başlayacaq.
Onun üçuş istiqamətləri arasında Bakı, eləcə də Barselona, Berlin, Brüssel, Frankfurt, Təl-Əviv, Münhen, London kimi böyük şəhərlər də var.
Aviaşirkət reysləri 57 təyyarə ilə yerinə yetirəcək.
©Report