-1 C
Baku
Thursday, February 9, 2023

Anar Kərimov ABŞ-a səfər edəcək

Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfər edəcək.

Nazirlə birlikdə Azərbaycanın bir çox incəsənət xadiminin də Vaşinqtona səfər edəcəyi gözlənilir.

Onlar Vaşinqtonda keçiriləcək xeyriyyə konsertinə qatılacaqlar.

Qeyd edək ki, xeyriyyə konserti ABŞ-ın Marşal İrsi İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcək. “Orxideyanın səsi” adı altında keçiriləcək xeyriyyə konsertindən əldə ediləcək gəlirlə Qarabağda ərazilərin minalardan təmizlənməsi məqsədilə xüsusi itlər alınacaq.

Xeyriyyə konserti mayın 3-də keçiriləcək.

Xatırladaq ki, ilk xəbəri “Real TV” yazıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X