13 C
Baku
Monday, May 6, 2024

Ancelina Colidən beş həyat dərsi

1. Mən heç nəyə görə təəssüflənmirəm. Heç vaxt da təəssüf etməmişəm. Ümumiyyətlə təəssüflənməyin faydalı bir hiss olduğuna inanmıram. Təəssüfləndiyin müddət ərzində sən özün-özündən utanırsan. Utandığın müddət ərzində isə sən qəfəsdəsən. 

2. Heç zaman günahkar axtarmağa dəyməz. Heç kəsə xətər yetirmədən, ağrı yaşatmadan yaşamaq lazımdır. Başqa insanları mühakimə etməmək və tamamı ilə azad olmaq gərəkdir.

3. Biz kiməsə ona görə aşiq olmuruq ki, nəhayət ki öz idealımıza rast gəlmişik, ona görə sevirik ki, qeyri idealda öz idealımızı görürük.

4. Mənim səmimi söhbət edə biləcəyim yaxın dostlarımın sayı elə də çox deyil. Ona görə də tənhalıq –özünün layiqli bir həmsöhbət olmasını daha bir dəfə sübut etmiş olur.

5. Əgər sən minnətdarlıq gözləmədən, kimin üçünsə hər hansı bir yaxşılığı ürəkdən etsən, onda xeyirxah qüvvələr bu əməlləri talelər kitabına yazır və sənin başından hətta azulamadığın xoşbəxtlik tozunu səpir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər