2 C
Baku
Saturday, December 14, 2024

Andrey Kostin: “VTB Azərbaycanda mövcudluğunu davam etdirmək niyyətindədir”

VTB Azərbaycan, Çin, Hindistan, Qazaxıstan, Vyetnam bazarlarında mövcudluğunu davam etdirmək niyyətindədir.

Bunu bankın rəhbəri Andrey Kostin Rusiyada keçirilən Şərq İqtisadi Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, bu ölkələrdə filialların və törəmə bankların olması stabil əlaqə kanallarının təmin olunmasına imkan verir.

“İndi yeni filiallar açmaq çətindir, fikrimcə, indi mövcud bankların düzgün fəaliyyət sistemini yaratmaq və qoruyub saxlamaq vacibdir. VTB-nin Çin, Hindistan, Vyetnam, eləcə də Azərbaycan, Ermənistan və Qazaxıstanda bankları var. Onların işləməsi kifayət qədər vacibdir”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər