10 C
Baku
Thursday, December 12, 2024

“Android”in Azərbaycan üzrə bazar payı azalıb

Bu ilin iyun ayında “Android” əməliyyat sisteminin Azərbaycan bazarında payı may ayı ilə müqayisədə 1.1 faiz bəndi azalıb.

Bu ilin iyul ayının 1-nə “Android”in ölkənin əməliyyat sistemi bazar payı 56.3 təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 5.5 faiz bəndi çoxdur.

May ayı ilə müqayisədə iyunda “Microsoft Windows” əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 0.3 faiz bəndi artaraq iyulun 1-nə 26.3% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 7.7 faiz bəndi azdır. “Microsoft Windows” proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 11.8% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin iyun ayında (may ayı ilə müqayisədə) 0.4 faiz bəndi artıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 3.2 faiz bəndi çoxdur.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 2.27%, “Linux” – 1.4%, naməlum əməliyyat sistemləri – 1.14% və s.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər