9 C
Baku
Sunday, April 14, 2024

“Anglo-Asian Mining” Kanada şirkətində növbəti dəfə payını artırıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti səhmdarı olduğu Kanadanın “Libero Copper & Gold Corporation” şirkətində payını növbəti dəfə artırıb.

“Anglo-Asian Mining”dən verilən məlumata görə, şirkət “Libero Copper”ə dördüncü dəfə sərmayə edib. Onun 3.2 milyon səhmini 355 min ABŞ dolları qarşılığında əldə edib. “Anglo-Asian Mining”in Kanada şirkətində payı bununla da 19.8%-ə yüksəlib, ümumi sahib olduğu adi səhmlərin sayı isə 21.3 milyona çatıb.

Qeyd edək ki, yeni investisiya şirkətin Kolumbiya və Argentinadakı Mocoa və Esperanza mis porfiri layihələrində kəşfiyyat işlərinin həyata keçirilməsinə yönəldiləcək. “Libero Copper” ümumilikdə bu məqsədlə 1.9 milyon ABŞ dolları məbləğində səhm buraxıb.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər