15 C
Baku
Friday, March 29, 2024

“Anglo-Asian Mining” ötən il qızıl istehsalını 4% azaldıb

Azərbaycanın aparıcı qızıl-mədən şirkətlərindən biri olan “Anglo Asian Mining Plc” 2019-cu ildə 70 098 unsiya qızıl hasil edib ki, bu da 2018-ci illə müqayisədə 3,7% azdır.

Şirkətin hesabatına görə, 2019-cu ilin IV rübündə qızıl istehsalı 2018-ci ilin eyni dövründəki 18 209 unsiyadan 17 907 unsiya səviyyəsinə düşüb.

Məlumata əsasən, digər metallar da daxil olmaqla, ötən il şirkət 82 795 qızıl unsiya ekvivalenti həcmində məhsul istehsal edib ki, bu da 1,1%-lik azalma deməkdir.

2018-ci il ilə müqayisədə ötən il şirkət üzrə mis istehsalı 34,3% artaraq 2 210 tona çatıb, gümüş istehsal isə 24,2% azalaraq 159 356 unsiyaya təşkil edib.

©APA

Son xəbərlər
Digər xəbərlər