9 C
Baku
Saturday, December 21, 2024

“Anglo Asian” Qaradağ yatağında 900 min ton mis ehtiyatını olduğunu təsdiqlədi

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining plc” Qaradağ mis yatağı üzrə ilk müstəqil Mineral Resurs Qiymətləndirməsinin tamamlandığını elan edib.

Banker.az şirkətə istinadən xəbər verir ki, bu qiymətləndirmə “Mining Plus UK” tərəfindən aparılıb və ümumilikdə 285 milyon ton filizdə təxminən 900 000 ton mis metalının olduğunu təsdiq edib. Şirkətdən bildirilir ki, orta mis dərəcəsi 0.32 faiz təşkil edir.

Hazırda London birjasında qızılın bir tonunun fyuçersi $9 762-dir.

JORC kateqoriyasına əsasən, təsdiq edilmiş resurs kimi 86.9 milyon ton filizdə 304,300 ton mis hasil edilə biləcək.

198.0 milyon ton filizdə 592 600 ton mis hasil ediləcək və ümumilikdə 896 900 ton mis ehtiyatı mövcuddur.

İlk mineral resurs qiymətləndirməsi 25 620 metr üçüncü tərəf tərəfindən qazılmış 113 quyuya əsaslanır.

Şirkət mövcud mineral resursları yaxşılaşdırmaq və dərinlikdə və uzanış boyunca əlavə mineral potensialını qiymətləndirmək üçün iş proqramı həyata keçirir.

Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin ilk yeddi ayında cəmi 112 tonluq mis konsentratı hasil edilib və bu, 2023-cü ildəki göstəricidən 94.6 faiz azdır.

*JORC (Joint Ore Reserves Committee)

 

Son xəbərlər
Digər xəbərlər