6 C
Baku
Saturday, December 14, 2024

Ankara ABŞ-ın F-16 qırıcılarına alternativ danışıqlar aparır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ABŞ-ın F-16 qırıcılarına alternativ danışıqlar aparır.

Bundan əvvəl ABŞ Senatı Türkiyə ilə F-16 döyüş təyyarəsi müqaviləsinə dair qanun layihəsində məhdudlaşdırıcı şərtləri ləğv edib və Nümayəndələr Palatasından da oxşar hərəkətlər gözlənilir.

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Ankara Senatın qərarını müsbət addım hesab edir.

“Hazırda administrasiyanın (ABŞ prezidenti) mövqeyi müsbət istiqamətdə inkişaf edir. Təbii ki, Amerika bizim üçün yeganə çıxış yolu deyil. S-400 sistemlərində olduğu kimi, Birləşmiş Ştatlar xaricində də alternativ dövlətlərlə danışıqlar aparırıq. Bizim alternativlərimiz var”, – deyə Ərdoğan jurnalistlərə bildirib.

Xatırladaq ki, ABŞ Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən son F-35 qırıcılarının tədarükü proqramından kənarda qalması ilə bağlı Türkiyəyə rəsmi bildiriş göndərib. Vaşinqton F-35 layihəsində qalan yeddi tərəfdaşla – Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə müqavilə imzalasa da, Türkiyə ilə ortaq memorandumu ləğv edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ-ın beşinci deyil, dördüncü nəsil F-16 qırıcılarının alınması təklifini açıqlayıb. Məsələ ABŞ Konqresində razılaşdırılmalıdır. Dövlət Departamenti konqresmenləri bu sazişin “Vaşinqtonun maraqlarına xidmət etdiyinə” inandıraraq, ona lobbiçilik edir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər