5 C
Baku
Saturday, December 14, 2024

“Anlaşma fazası”: Məhz indi bitcoin almağa dəyərmi?

Bitcoin mövzusu gün keçdikdə gündəmi daha çox zəbt edir. Lakin, Çikaqoda bitcoin fyuçersləri ilə ticarətə başlanmasını bir kənarda qoysaq, kriptovalyutanın praktiki tətbiq edilməsi yalnızca Asiya və üçüncü dünya ölkələrində əhəmiyyət qazanır.

Yaponiya: bankomat əvəzinə bitcoinkomatlar

2017-ci ilin 1 aprel tarixində Yaponiyada ödəniş xidmətləri haqqında qanun qüvvəyə mindi və bitcoin rəsmi olaraq ödəniş vasitəsi olaraq qəbul edildi. Yarım ildən artıq müddət keçib və gündoğar ölkədə bitcoindən istifadə adi hala çevrilib. Həyata keçirilən sorğulara əsasən, yaponların yarı faizi pərakəndə və internet mağazalarda, restoranlarda bitcoin ilə ödəniş vərdişinə sahibdirlər. Ödəniş prosesi adətən ödəniş prosessorları vasitəsilə (məsələn, Coincheck) həyata keçirilir. Bunu plastik kartın köməkliyi ilə edilən ödənişlə müqayisə etmək olar. Əgər ilk dəfə belə bir ödəniş həyata keçirirsinizsə satıcı bunu necə etməli olduğunuzu izah edəcək. Üstəlik, bu zaman, kriptovalyutanın perspektivləri barədə onun fikrini də öyrənə bilərsiniz. Yaponiyada bitcoin ilə ödəniş etmək müştərilərə xüsusi rahatlıq qazandırır. Üzərində harada ödəniş qismində kriptovalyutanın qəbul olunduğunu əks etdirən xüsusi kartlar mövcuddur. Həmçinin bitcoinləri fiat ilə mübadilə etməyə imkan verən bitcoinkomatlar da var. Lakin bununla belə bəzi şirkətlər qəti olaraq kriptovalyuta qəbul etmirlər. Məsələn, Tokyo metrosu.  

Yaponiyanın ardınca bitcoin rəqəmsal valyutasının ödəniş vasitəsi olaraq qəbul edilməsi yolunda həmçinin Cənubi Koreya, Malayziya və Avstraliya da irəliləyir.

Bitcoin dünyada təsiretməni gücləndirir

Dünyada kriptovalyutaların yayılması səviyyəsi hələ ki yüksək deyil (Asiya ölkələrində bir qədər yüksəkdir). Bitcoin haqqında hər kəs eşidib, lakin açılan kriptopulqabıların sayı 20 milyondan azdır. Üstəlik, onların əksəriyyətində simvolik həcmdə  (o,1 BTC qədər) bitcoin var.

Kapitalist aləmdə olduğu kimi, kripto aləmdə də “resurs və kapitalın konsentrasiyası” müşahidə olunur. Belə ki, bütün bitcoinlərin 95%-i bir neçə min şəxsin/fondun əlində cəmləşib.  Maraqlıdır ki, Bitcoin üçüncü dünya ölkələrində – Zimbabve, Venesuela və s. – daha çox populyardır. Bu ölkələrdə iə ənənəvi maliyyə sistemi faktiki olaraq yox vəziyyətindədir. Belə ölkələrin milli valyutaları dayanıqlı deyil və gözlənilməz qiymət dəyişikliyinə məruz qalır. Bitcoin isə həmin valyutalar ilə müqayisədə əmanət və ödəniş olaraq istifadə olunması daha rahat olan valyutadır. Beləliklə, bu ölkələrin iqtisadiyyatı bank sahəsinin inkişafı fazasından atlayaraq, birbaşa blockchain texnologiyalarına keçid edib.

Bitcoin valyutasının perspektivləri

Blockhain texnologiyaların bir çox sahələrdə tətbiq olunma potensialı var. İlk növbədə məlumat bazası və məlumatların qorunmasını qeyd etmək lazımdır. Sözsüz ki, bu “qara sahə”-yə də aiddir. Bu sahəyə isə narkotik maddələr, silah ticarəti, terrorizmin maliyyələşdirilməsi aiddir. Lakin anlamaq lazımdır ki, bitcoin – nə tamamilə xeyir, nə də tamamilə şər deyil, yalnızca tranzaksiya üçün bir alətdir. Bitcoindən əvvəl də cinayət tərkibli müqavilələr həyata keçirilirdi. Kölgə iqtisadiyyatında bitcoindən istifadə olunmasa, onun əvəzində digər alətlər tətbiq ediləcək. Bununla yanaşı, kriptovalyutaların peyda olması ilə bu bazar artmayıb, bu səbəbdən də, bitcoinin mənfi təsirindən danışmağa dəyməz.

Ümumdünya ödəniş vasitəsi olmaq perspektivi ilə yanaşı, bitcoin investisiya yatırmaq üçün alət statusu da qazana bilər. 2017-ci ilin əvvəlindən məzənnəsi 17 dəfə sıçramış bitcoini görən insanlar bu sahəyə daha çox maraq duymağa başlayır. Belə ki, bitcoini artıq ödəniş vasitəsi olaraq deyil, investisiya aləti olaraq görməyə başlayan insan kateqoriyası formalaşır. Hətta kriptopulqabılarında bitcoini olan insanlar mağazalarda yen, avro və dollar ilə ödəniş edir.

Blockchain texnologiyaları dünya maliyyə bazarına daxil olub və buradakı vəziyyəti dəyişiblər. Psixologiyada qaçılmazı qəbullanmaq konsepsiyası mövcuddur. Bu isə inkaretmə, qəzəb, anlaşma, depressiya və nəhayət, qəbullanma mərhələlərindən keçir. Avtomobil və elektrik enerjisi də daxil olmaqla, bütün yeni texnologiyalar bu yolu keçməli olub. Hazırda maliyyə sistemi “anlaşma mərhələsi”-ndədir. Maliyyə sahəsində blockchain və kriptovalyutalardan istifadə edilməsi imkanlarını nəhəng investisiya fondları öyrənir. Dünyanın CBOE, CME, NASDAQ kimi nəhəng birjaları bitcoin ilə fyuçerslər buraxır. İngiltərə Bankı transsərhəd ödənişlərin həyata keçirilməsi imkanları üçün Ripple texnologiyasını sınaqdan keçirir. Kriptovalyutalar Visa, Mastercard, PayPal ödəniş sistemlərini bazarda sıxışdıra bilər. Tənzimləyicilər icazə verdiyi təqdirdə, kriptovalyutalar dünya maliyyə sisteminin bir hissəsi ola və dünya üzrə bankçılıq bazarının 2-10%-ni tuta bilər.

Son xəbərlər
Digər xəbərlər