6 C
Baku
Sunday, December 15, 2024

Antiinflyasiya tədbirləri investisiya bazarına necə təsir edəcək?

2022-ci ildə dünyanın aparıcı iqtisadiyyatları kəskin qiymət artımından əhəmiyyətli dərəcədə təsirləndi. Belə ki, ABŞ-da və Avropa İttifaqında inflyasiya 40 ilin maksimumuma çatdı. İnflyasiyanı cilovlamağı hədəfləyən mərkəzi banklar iqtisadi aktivliyi aşağı salmaq və iqtisadiyyatın “soyudulması”nı əsas prioritet kimi müəyyən etdilər. Bu, investiya aktivliyinin də aşağı düşməsi ilə müşahidə olundu.

Azərbaycan Mərkəzi Bankı xarici mühitin nisbətən əlverişli olacağı şəraitdə inflyasiyanın ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırır.

2023-cü ildə inflyasiya ilə bağlı gözləntilər və investisiya bazarının inkişaf perspektivləri nələrdir?

Mövzu ilə bağlı Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Cəfər İbrahimli bildirib ki, investorlar daha çox yeni ili gözləyir.

“Yeni ilin gözləntiləri ölkələrin mərkəzi banklarının qəbul edəcək qərarlarından, layihələrdən, büdcə göstəricilərindən asılıdır. Bu il inflyasiya ilə mübarizə ili idi. Bu çərçivədə mərkəzi bankların qərarları bazarları çox dalğalandırdı. Trendlər yuxarı-aşağı sürətlə dəyişirdi. Nəticədə isə milli valyutalar dollar qarşısında ciddi dəyər itirdilər, fond bazarlarında səhmlər ciddi şəkildə dəyərini itirdi. Bununla yanaşı dünyada zaman-zaman iqtisadi böhran qorxusu yarandı. Bunlar da risk səbəbindən investorları maliyyə alətlərinə investisiya etməkdən bir az geri çəkilməyə məcbur etdi”.

C.İbrahimli hesab edir ki, hazırda Avropa, ABŞ və Çində inflyasiyanın yüksəliş trendinin azalması bir az müsbət meyillər yaradır:

“Yəni mərkəzi banklar da sərt pul-kredit siyasətlərində faiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı pik səviyyəyə yaxınlaşıblar. İnvestorların gözləntiləri növbəti ilin birinci rübündə sərt qərarların olmayacağı ilə bağlıdır. İqtisadiyyatda, fond bazarlarında dalğalanmaların azalması həm valyutaların məzənnəsinin stabilləşməsinə, həm də kapital bazarında qiymətlərin yüksəlməsinə səbəb ola bilər”.

Ekspert hesab edir ki, inflyasiyanın tənzimlənməsi istənilən səviyyədə olmasa, bu qlobal bazarlarda risklərin daha çox yüksəlməsinə səbəb ola bilə: “Bu da müəyyən maliyyə alətlərində qiymət dəyişikliyinin sürətlənməsinə, aşağı-yuxarı dəyər itirmə məsələlərində trendin artmasına gətirib çıxara bilər”.

İnvestisiya şirkətlərindən birinin direktoru İntiqam Səfərəliyev hesab edir ki, dünya ölkələri tərəfindən 2022-ci ildə inflyasiya ilə bağlı atılmış addımlar öz nəticəsini vermiş olacaq və 2023-cü ildə inflyasiyanın %+ səviyyəsində olması gözlənir.

“ABŞ-da maliyyə ili apreldə yenilənir və həmin vaxta kimi Federal Ehtiyat Sistemi (FED) faizləri bir dəfə də artıracağını gözləmək olar. Amma bunun bazara təsiri cüzi ola bilər. Azərbaycanda da faizlərin maksimum səviyyədə olduğunu düşünmək olar. Bununla yanaşı Mərkəzi Bank dövriyyədə olan notların həcmini 3 dəfə (sentyabra nisbətən) artırıb, bunun əsas səbəbi isə manat kütləsini dövriyyədən çıxardıb inflyasiyanın səviyyəsinin azaltmaqdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər