22 aprel 2021-ci il tarixli nömrəsində “Azəristiliktəchizat” ASC-nin istilik və isti su təchizatı xidmətləri ilə əlaqədar əhali və qeyri-əhali istehlakçılara verilən məlumatların proaktiv formatda çatdırılması, borclar və digər məlumatlar haqqında bildirişlərin göndərilməsinin funksional olaraq elektronlaşdırılmasının satın alınması məqsədilə dərc edilmiş açıq tenderin nəticəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 9 iyun 2021-ci il tarixli məktubuna əsasən ləğv edilmiş və açıq tender yenidən keçiriləcəkdir.
Xatırladaq ki, tenderin qalibi “Bimtek Mobile Solutions and Marketing Limited” olmuşdur və qalib şirkət ilə məbləği 53,1 min manat olan müqavilə imzalanmışdır.