7 C
Baku
Sunday, December 15, 2024

Antisanitar şəraitdə fəaliyyət göstərən kolbasa sexinin fəaliyyəti məhdudlaşdırılıb – Fotolar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göygöl rayonunun Qızılqaya qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Mehman Zülfü oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirilmiş yoxlama zamanı müəssisədə normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının tələblərinə riayət olunmadığı müəyyən edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, müəssisədə “Təmiz və Saf” nişanı adı altında istehsal olunan məhsulların etiketlərində tərkibi ilə bağlı reallığı əks etdirməyən, həqiqətə uyğun olmayan məlumatların yer aldığı, məhsulun üzərində istehsal tarixinin və yararlılıq müddətinin qeyd olunmadığı və digər nöqsanlar aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məhsulların ticarət dövriyyəsinə daxil edilməsinin qarşısı alınıb. Müəssisədə istehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub. Hazırda araşdırmalar davam etdirilir.

kolbasa

 

kolbasa

antisanitar kolbasa

kolbasa sexi antisanitar e1644568895309

 

 

Son xəbərlər
Digər xəbərlər