17 C
Baku
Tuesday, April 16, 2024

Aparıcı Kredit Mütəxəssisi – “Mol Bulak” BOKT MMC

Ağdaş,  Ağstafa, Astara, Balakən, Cəlilabad, İsmayıllı, Qax, Qazax, Qəbələ və Zaqatala filiallarına

Əsas vəzifə və öhdəliklər:

• Bazarda bütün növ kredit məhsulları və xidmətlərin satışınının təmin edilməsi;
• Yeni müştərilərin cəlb edilməsi;
• Müştərilərə kredit məhsullarına dair məlumatın verilməsi;
• Kreditə dair müraciətlərin qəbulu, qiymətləndirilməsi və təhlili;
• Müştərilərin biznesinin təhlili və mövcud risklərinin müəyyənləşdirilməsi;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;

Namizəd aşağıdakı tələblərə cavab verməlidir:

• İqtisadiyyat, riaziyyat və ya idarəetmə sahəsində ali təhsil;
• Bank/BOKT-larda ən azı 1 ildən 3 ilə kimi iş təcrübəsi (biznes və SME kreditləri üzrə);
• Ünsiyyət qurma və öyrənmə bacarığı olmalı;
• Yüksək riyazi və məntiqi biliklərə malik olmalı;
• Regionun inzibati ərazi bölgüsünü yaxşı tanıması;
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması.

Uğurlu namizədə təklif edirik:

• Rəqabət qabiliyyətli əmək haqqı;
• Təşkilatın bonus sistemindən yararlanmaq imkanları;
• Təlim və karyera inkişafı imkanları (kredit meneceri və filial vəzifələrinə yüksəlmək imkanaları);
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
• İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
• İş məqsədləri üçün avtomobil təminatı.

Tələblərə cavab verən namizədlər 05 dekabr, 2015-ci il tarixinədək Mol Bulakın-in müvafiq filialının ofisinə və ya [email protected] e-ünvanına CV-ni göndərməklə müraciət edə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Misal üçün: Ağdaş (və ya Zaqatala) Aparıcı (Baş) Kredit Mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər